Dünya

Türkiyə sərhədində qeyri-adi qaçaqmalçılıq cəhdi üzə çıxdı - Video

10 Oct 2026, 06:00 4 baxış
Türkiyə sərhədində qeyri-adi qaçaqmalçılıq cəhdi üzə çıxdı - Video
Türkiyənin Ədirnə şəhərində yerləşən Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz yollarla gətirilmək istənilən 67 canlı piton aşkarlanıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, gömrük əməkdaşları ərazidə şübhəli hərəkətlər müşahidə etdikdən sonra yoxlama keçiriblər. Yoxlama zamanı ilanlar aşkar edilib.

Əməliyyat Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Milli Parklar İdarəsi ilə gömrük mühafizə əməkdaşlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Aşkarlanan 67 pitonun sağlamlıq vəziyyətinin yoxlanılması və onlara lazımi qayğının göstərilməsi məqsədilə ilanlar mühafizəyə götürülərək reabilitasiyaya göndərilib. Qaçaqmalçılıq cəhdinə görə məsul şəxslərə ümumilikdə 948 739 Türkiyə lirəsi məbləğində inzibati cərimə tətbiq edilib. Nazirliyin rəsmiləri vəhşi təbiət üçün təhlükə yaradan bu cür qanunsuz fəaliyyətlərə qarşı sərhəd-keçid məntəqələrində yoxlamaların qətiyyətlə davam etdiriləcəyini bildiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər