Dünya

Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb

10 Oct 2026, 05:00 3 baxış
Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Oxu.Az Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində dondurucularda saxlayıb. O, həmçinin 2025-ci ilin payızında qardaşı ilə birlikdə ailə məzarını qazaraq açmaqda şübhəli bilinir. Kişinin sözlərinə görə, valideynlərinin cəsədlərinə sublimasiya yolu ilə qurutma üsulu tətbiq edilib. Bu, insan cəsədini üzvi gübrəyə çevirmək məqsədi daşıyan, lakin effektivliyi elmi cəhətdən sübuta yetirilməmiş eksperimental üsuldur. Məlumata görə, qardaşların valideynləri 1994 və 1995-ci illərdə təbii səbəblərdən vəfat ediblər. Qardaşlar hər hansı cinayət törətdiklərini inkar edir və onlara qarşı irəli sürülən ittihamların mahiyyətini anlamadıqlarını bildirirlər. Finlandiya qanunvericiliyinə əsasən, məzarın toxunulmazlığını pozmağa görə cərimə və ya bir ilədək həbs cəzası nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər