Dünya

Meksikada həbsxanada ardıcıl iğtişaşlar: Ölənlərin sayı artıb

10 Oct 2026, 03:28 3 baxış
Meksikada həbsxanada ardıcıl iğtişaşlar: Ölənlərin sayı artıb
Meksikanın Sinaloa ştatında yerləşən "El-Kastilyo" həbsxanasında baş verən növbəti iğtişaş nəticəsində iki məhbus ölüb. Oxu.Az xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, həbsxananın bölmələrindən birində məhbuslar arasında dava baş verib. Nəticədə iki nəfər həyatını itirib. Hadisə yerinə əməkdaşların və digər məhbusların təhlükəsizliyini təmin etmək məqsədilə qurumlararası qrup göndərilib. Qrup vəziyyətə nəzarəti ələ alıb. Ştatın Baş Prokurorluğu hadisə barədə məlumatlandırılıb və faktla bağlı rəsmi araşdırmaya başlanılıb. Bu, son günlər həbsxanada baş verən qarışıqlıqların davamıdır. Oktyabrın 8-də eyni müəssisədə baş vermiş əvvəlki toqquşma nəticəsində 10 nəfər ölüb. Onlardan doqquzu məhbus, biri isə ziyarətçi olub. Daha 16 məhbus yaralanıb. Həmin hadisədən sonra hakimiyyət orqanları həbsxanaya ziyarətləri müvəqqəti olaraq dayandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər