Dünya

"Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto

10 Oct 2026, 04:30 3 baxış
"Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto
Daha çox "Ceyms Bond" rolu ilə tanınan britaniyalı aktyor Daniel Kreyq Londonun Klerkenvell rayonunda yerləşən tarixi "The Horseshoe" "pub"ının ortaq sahibi olub. Oxu.Az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
{{gallery}} Məlumata görə, aktyor XVIII əsrə aid bu məkanı "Soho House" klubunun təsisçisi Nik Cons və restorator Çarli Kerroll da daxil olmaqla, daha üç tərəfdaşla birlikdə satın alıb. Daniel Kreyqin sözlərinə görə, məkanı aldıqdan sonra binada guya Qilbert adlı cəlladın ruhunun dolaşdığını öyrənib. "Bilmirəm, o nə içir, amma bəlkə də orada onun üçün bir pint pivə qoymalıyıq... Buyur, Qilbert, götür", - deyə Kreyq zarafatla bildirib. Aktyor "pub" biznesinə marağının uşaqlıq illəri ilə bağlı olduğunu etiraf edib. Belə ki, onun nənə və babasının Çeşir qraflığında "pub"ları olub və Daniel Kreyq uşaqlıqda vaxtının bir hissəsini orada keçirib. "O vaxtlar insanlar həqiqətən əylənməyi bacarırdılar. Uşaq vaxtı yerli sakinlərlə söhbət etmək üçün tez-tez ora gedirdim. Bura insanların söhbətləşmək üçün gəldikləri yerdir", - deyə aktyor həmin dövrü xatırlayıb. Daniel Kreyq ənənəvi "pub"ın formatının əsaslı şəkildə dəyişdirilməyəcəyini bildirib. Bununla belə, binanın yuxarı mərtəbəsində tam xidmət göstərən yemək zalının açılması planlaşdırılır.
"Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto "Ceyms Bond"un yeni biznesi: Məşhur aktyorun aldığı tarixi məkanın qəribə hekayəsi üzə çıxdı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər