Dünya

Tramp Putinlə telefon danışığından sonra dizel yanacağı ilə bağlı açıqlama verdi

10 Oct 2026, 00:00 2 baxış
Tramp Putinlə telefon danışığından sonra dizel yanacağı ilə bağlı açıqlama verdi
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. O, söhbətin çox uğurlu keçdiyini qeyd edib və Rusiyanın ABŞ və dünya bazarlarına dizel yanacağı tədarük edəcəyini açıqlayıb. Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. Trampın sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarlarına 300 min tondan çox dizel yanacağı tədarük edəcək. Noyabrda daha 500 min ton, bundan dərhal sonra isə bir milyon ton yanacağın göndərilməsi nəzərdə tutulur. Daha sonra Rusiyanın yaxın vaxtlarda əlavə üç milyon ton dizel yanacağı tədarük edəcəyi bildirilir. "Strateji əhəmiyyət daşıyan Hörmüz boğazına tam nəzarətimiz və Rusiyanın enerji sahəsindəki bu mühüm açıqlaması sayəsində ABŞ-də və ümumilikdə dünyada dizel yanacağının qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşəcək. Bu, rekord miqyasda və çox sürətlə baş verəcək!" - deyə Tramp yazıb. Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev də Putinlə Tramp arasında telefon danışığının uğurlu keçdiyini bildirib. "Putin və Tramp indicə uğurlu telefon danışığı aparıblar", - deyə paylaşımda bildirilib. Dmitriyevin sözlərinə görə, Rusiya ilə ABŞ arasında enerji, o cümlədən dizel yanacağı sahəsində, eləcə də iqtisadi sahədə əməkdaşlığın davam etdirilməsi dünya iqtisadiyyatına fayda verəcək və ümumilikdə sülhün möhkəmlənməsinə töhfə olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər