İdman
"Sabah"ın ölkədaxili oyunları təxirə salına bilər? - Dambrauskasdan qəti mövqe
Misli Premyer Liqasının VII turunda "Neftçi" ilə qolsuz heç-heçə edən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyunların təxirə salınması məsələsinə münasibət bildirib. Oxu.Az xəbər verir ki, məşqçi bu addımın real olmadığını və buna ehtiyac görmədiyini deyib. "Bu, tamamilə qeyri-realdır. Əgər belə etsək, gərək "Borussiya Dortmund" ilə oyundan əvvəl "Qəbələ" ilə matçı, "Vikinq"lə qarşılaşmadan öncə "Qarabağ"la oyunu, "Barselona" ilə matçdan əvvəl isə çempionatdakı digər görüşlərimizi də təxirə salaq. Belə çıxır ki, gələn mövsümün oyunlarını da indidən tənzimləməliyik? Bu, mümkün deyil və heç lazım da deyil. Kifayət qədər geniş və mübariz heyətimiz var. Şans gözləyən futbolçularımız çoxdur. Oyunların təxirə salınmasına ehtiyac görmürəm", - deyə Dambrauskas bildirib.
Mənbə
oxu.az