İdman
Kriştianu Ronaldu karyerasında 980-ci qolunu vurdu - Video
Səudiyyə Ərəbistanı çempionatında çıxış edən "Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 980-ci qolunu vurub. Oxu.Az xəbər verir ki, beşqat "Qızıl top" sahibi bu qolu Səudiyyə Ərəbistanı çempionatının "Əl-Diriyə" ilə oyununda vurub. Ronaldu görüşün 23-cü dəqiqəsində hesabı açıb.
Daha əvvəl Ronaldu məşq toplanışının ortasında Portuqaliya millisinin düşərgəsini tərk edib. Onun sözlərinə görə, buna yığmanın baş məşqçisi Jorje Jezuşun ona verdiyi vədləri iki dəfə pozması səbəb olub. Futbolçu Millətlər Liqasının yeni mövsümündə Uelsə qarşı keçirilən ilk oyunda (1:0) iştirak edib. Norveçlə görüşdə isə (2:1) ehtiyat oyunçular skamyasında qalıb. Ronaldu bildirib ki, əvvəlcədən həmin matçda meydana çıxmamalı idi. Lakin baş məşqçi ondan 30 dəqiqə oynamağa hazır olmasını istəyib və isinmə hərəkətləri etməyə göndərib. Buna baxmayaraq, futbolçu oyuna buraxılmayıb. 41 yaşlı Kriştianu Ronaldu beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqası qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatlarında vurduğu qolların sayına görə rekordlara sahibdir. Ronaldu 2022-ci ilin dekabrından "Ən-Nəsr"də çıxış edir. Karyerası ərzində o, həmçinin Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında oynayıb. Məlumata görə, Ronaldunun klub səviyyəsində vurduğu qolların sayı 834-ə çatıb. O, Portuqaliya millisinin heyətində isə daha 146 qol vurub.

Mənbə
oxu.az