Dünya

Türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto

09 Oct 2026, 17:20 6 baxış
Türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto
Yalovanın Çinarcık rayonunda yerləşən binanın 5-ci mərtəbəsindəki evinin pəncərəsindən yıxılaraq həyatını itirmiş məşhur türkiyəli müğənni Güllünün (52 yaş) ölümündə şübhəli bilinən qızı Tuğyan Ülkəm Gülter ilə bağlı məhkəmə qərar qəbul edib. Bu barədə Oxu.Az NTV.com.tr-yə istinadən məlumat verir.
Sənətçinin ölümü ilə bağlı məhkəmədə qızı Tuğyan Ülkem Gülter yeganə təqsirləndirilən şəxs olaraq yer alıb. Tuğyan Ülkem Gülter "əvvəldən planlayaraq valideynini qəsdən öldürmə" maddəsi üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum olunub. Hökmü eşidən Gülter ağlamağa başlayıb. Xatırladaq ki, Türkiyədə ictimaiyyət tərəfindən Güllü kimi tanınan Gül Tut 2025-ci il sentyabrın 26-da Yalovadakı evinin altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq şübhəli şəraitdə ölmüşdü.
Türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto Türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü: Qətldə günahlandırılan qızı ilə bağlı qərar verildi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər