İdman

Sinqapur Qran-prisinin sprint sıralanma turunda Maks Ferstappen birinci olub

09 Oct 2026, 18:00 7 baxış
Sinqapur Qran-prisinin sprint sıralanma turunda Maks Ferstappen birinci olub
"Red Bull" komandasının pilotu Maks Ferstappen "Formula-1" üzrə Sinqapur Qran-prisinin sprint sıralanma turunda ən yaxşı nəticəni göstərərək poul qazanıb. Oxu.Az xəbər verir ki, niderlandlı pilot "Marina Bey" şəhər trasında dövrəni 1 dəqiqə 31.156 saniyəyə tamamlayıb. "Mercedes" pilotu Corc Rassell liderdən 0.120 saniyə geri qalaraq ikinci, "Ferrari" təmsilçisi Şarl Lekler isə 0.243 saniyə fərqlə üçüncü olub. İlk onluğu Oskar Piastri ("McLaren"), Lando Norris ("McLaren"), Lyuis Hemilton ("Ferrari"), Andrea Kimi Antonelli ("Mercedes"), İsak Hacar ("Red Bull"), Liam Louson ("Racing Bulls") və Pyer Qasli ("Alpine") tamamlayıblar. Qeyd edək ki, Ferstappen sıralanma turunun birinci seqmentində sarı bayraqlar altında "Ferrari" pilotu Lyuis Hemiltonu ötməsi ilə bağlı araşdırma altındadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər