Siyasət

İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto

09 Oct 2026, 08:22 4 baxış
İlham Əliyev: "Ümid edirik ki, Trampın tarixi səyləri Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək" - Foto
"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə Vaşinqtonda ev sahibliyi etdiyi Sülh Sammitində Azərbaycan və Ermənistan arasında sülhün irəlilədilməsində tarixi rol oynadı". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "X" hesabında paylaşıb. "Sülh prosesinə verdiyi misilsiz töhfəyə görə, mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərdilər. Biz səmimiyyətlə ümid edirik ki, regionumuzda davamlı sülhün təmin edilməsi istiqamətində Prezident Trampın göstərdiyi tarixi səylər builki Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcək", - deyə dövlətimizin başçısı qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər