Kriminal
Azərbaycanda ictimai birliyin sədri həbs olundu
"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edilib.
Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə və birliyin məsul əməkdaşı Səbuhi Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onların həbsi barədə hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə bundan əvvəl 2023-cü ildə də həbs edilmişdi.
Mənbə
axar.az