Cəmiyyət

Türk generala hərbi əməkdaşlıq medalı təqdim olundu

08 Oct 2026, 23:15 2 baxış
Türk generala hərbi əməkdaşlıq medalı təqdim olundu

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Mətin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə" medalı təqdim edilib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.


Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov medalı və müvafiq vəsiqəni M.Güraka təqdim edib.

Mənbə axar.az

Oxşar Xəbərlər