Digər
Paşinyan türk ölkələrinin liderləri ilə görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan lideri Şövkət Mirziyayevlə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan və Mirziyayev ticari-iqtisadi əlaqələrin genişləndirilməsini, ikitərəfli münasibətlərin və regionda əməkdaşlığın inkişafını müzakirə ediblər.
Berdiməhəmmədovla görüşdə siyasi və ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, həmçinin Ermənistan-Türkmənistan münasibətlərinin digər aspektləri müzakirə olunub.
Mənbə
axar.az