Dünya
Trampdan İrana zərbələrlə bağlı açıqlama
"ABŞ Silahlı Qüvvələri Nümayəndələr Palatasına noyabrın 3-nə planlaşdırılmış aralıq seçki keçirilənə qədər İrana hərbi zərbələr endirməyəcək". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. ABŞ liderinin sözlərinə görə, Vaşinqton Tehranla məhsuldar danışıqları davam etdirir. Bununla belə, Tramp vurğulayıb ki, İranın iqtisadi və hərbi vəziyyəti "çox acınacaqlı haldadır". Diplomatik təmaslara baxmayaraq, İrana qarşı tətbiq edilən blokada tam həcmdə saxlanılacaq. ABŞ Prezidenti həmçinin Hörmüz boğazı vasitəsilə neft daşınmasının rekord həddə çatdığını bildirib. Onun iddiasına görə, yalnız ötən gecə boğazdan 22 milyon barel neft keçib, lakin bu neftin bir bareli belə İrandan gəlmir və ya İrana getmir. Bundan əlavə, Tramp Vaşinqtonun Tehranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verməyəcəyini bir daha diqqətə çatdırıb: "İranın nüvə silahı olmayacaq!"
Mənbə
oxu.az