Dünya

Ermənistanda məhkəmə II Qareginin qohumlarını təqsirli bildi

08 Oct 2026, 19:58 1 baxış
Ermənistanda məhkəmə II Qareginin qohumlarını təqsirli bildi
Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan Ermənistanda seçki kampaniyasına mane olmaqda təqsirli biliniblər. Oxu.Az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərarı Armavir vilayətinin birinci instansiya məhkəməsinin hakimi Gevork Manukyan elan edib. Cəza hökmü daha sonra çıxarılacaq, əlavə dinləmələr isə oktyabrın 15-nə təyin olunub. Qeyd edək ki, Gevork Nersisyan və oğlu Ambartsum Nersisyan 2025-ci il noyabrın 3-də həbs olunublar. İstintaqın məlumatına görə, onlar 2025-ci il noyabrın 1-də Vaqarşapat icmasına daxil olan Voskeat kəndində təşviqat materialları paylayan "Respublika" Partiyasının nümayəndəsi ilə münaqişəyə girərək onu təhqir ediblər. Noyabrın 17-də iş məhkəməyə göndərilib. 2026-cı ilin fevralında onlar ev dustaqlığına, may ayında isə inzibati nəzarət altına keçiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər