TDT-nin baş katibinin səlahiyyət müddəti başa çatdı
3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömüraliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə tədbir keçirilib.
Axar.az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən K. Ömüraliyev fəaliyyəti dövründə Təşkilatın gündəliyinin genişləndirilməsi, institusional əsaslarının möhkəmləndirilməsi, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər görüldüyünü bildirib.
“Son dörd ildə təşkilatımızın gündəliyini genişləndirdik, institusional əsaslarını və üzv-müşahidəçi dövlətlər arasında əməkdaşlığı gücləndirdik. Yeni təşəbbüsləri həyata keçirdik, tərəfdaşlığımızı Arktikadan kənara genişləndirdik. Ən əsası isə ölkələrimiz və qurumlarımız arasında etimad və ortaq məqsəd formalaşdırdıq. Bu tərəqqiyə verdikləri siyasi dəstəyə görə dövlət başçılarına dərin minnətdarlığımı bildirirəm”, – Ömüraliyev qeyd edib.