Dünya

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır

08 Oct 2026, 15:08 2 baxış
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır
Seul və Kiyev arasında yaranmış siyasi gərginlik səbəbindən Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır. Oxu.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu diplomatik narazılığa səbəb kimi Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışı göstərilir. O, həmin tədbirdə KXDR-ə məxsus iki əsir hərbçinin Seula təhvil verilməsi barədə açıq şəkildə məlumat vermişdi. Cənubi Koreya rəsmiləri bildiriblər ki, həm hərbçilərin, həm də onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bu məlumatlar gizli saxlanılmalı idi. Ukrayna tərəfi isə məxfiliyin qorunması ilə bağlı hər hansı razılaşmanın olduğunu təkzib edib. Seul məsələ ilə bağlı izahat və açıq şəkildə üzr istənilməsini tələb edib. Cənubi Koreya Prezidenti Li Çje Myon xəbərdarlıq edib ki, əgər Ukrayna məxfilik müqaviləsinin mövcudluğunu qəbul etməsə, əlavə tədbirlər görüləcək. Bundan əvvəl Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon Kiyevdən gələn üzrxahlığın qənaətbəxş olmadığını vurğulamışdı. Nazir ukraynalı həmkarı Andrey Sibiqa ilə əlaqə saxlasa da, onun verdiyi mesajlar Seulun gözləntilərini doğrultmayıb. Səfirin geri çağırılması isə hələ o zaman mümkün cavab addımlarından biri kimi qiymətləndirilirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər