Dünya
Tramp: "İranla münaqişənin nizamlanmasına dair razılaşma tam arzuladığım kimi deyil"
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin həlli istiqamətində əldə olunan razılaşmanın onun tam istədiyi nəticəni vermədiyini bəyan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib. Trampın sözlərinə görə, onun xüsusi elçisi Stiv Uitkoff İran tərəfi ilə danışıqları davam etdirir və müəyyən nəticələrə nail olur. "O, İranla sövdələşmə üzərində çalışır və bu işin öhdəsindən layiqincə gəlir. Fikrimcə, bu razılaşma tam mənim arzuladığım kimi deyil, ancaq onlar (İran - red.) sazişdən çıxmamağımız üçün bizə hər cür şərtləri təklif etməyə hazırdırlar. Onlar heç vaxt nüvə silahına sahib olmayacaqlar", - deyə ABŞ lideri bildirib. Eyni zamanda, o, Uitkoffun danışıqlar prosesində peşəkar olduğunu və razılaşmanın əldə olunması yönündəki fəaliyyətini xüsusi qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər