Digər

ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı

07 Oct 2026, 18:21 2 baxış
ABŞ-da Nidal Həsənin edam tarixi açıqlandı

Nidal Həsənin edamı 2026-cı il dekabrın 3-də Texas ştatının “Fort Hud” hərbi bazasında baş tutacaq.


Axar.az xəbər verir ki, bunu ordu katibinin səlahiyyətlərini icra edən Adam Telle özünün X səhifəsində yazıb.


Məlumata görə, İkinci Dünya Müharibəsindən bəri ilk dəfə Amerika əsgəri edam olunacaq.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə “Fort Hud” hərbi bazasına hücumda təqsirli bilinən Nidal Malik Həsənin edamını təsdiqləyib.


Keçmiş ordu mayoru və psixiatr Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də “Fort Hud”da atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, atəş açan zaman "Allahu Əkbər" qışqırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər