Siyasət
AKP sözçüsü: "Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var"
"Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibəti var". Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlər üçün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. Ömer Çelik qeyd edib ki, həmin ölkələrin məqsədlərinə çatmasına imkan verilməyəcək.
Mənbə
oxu.az