İdman
Dünya çempionu Lotar Matteus Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyir - Video
Almaniya millisinin heyətində 1990-cı il dünya çempionu, 1980-ci il Avropa çempionu və 1990-cı ildə "Qızıl top" mükafatının sahibi olmuş sabiq futbolçu Lotar Matteus Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyir. Oxu.Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Azərbaycana ilk səfərindən və dünya çempionatından danışıb.
"Beynəlxalq Cüdo Federasiyasının dəvəti ilə Bakıdayam. İlk dəfədir ki, Bakıya və Azərbaycana gəlirəm. Şəhəriniz möhtəşəmdir. Burada olduğum üçün şadam. Cüdoya marağım böyükdür. Bu idman növündə hakimə böyük hörmət var. Bəzən futbolda buna rast gəlmirik. Dünya çempionatı çox önəmlidir", - deyə Matteus bildirib. Sabiq futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın Dortmund "Borussiya"sı ilə keçirəcəyi qarşılaşma barədə də fikirlərini bölüşüb: "Qarabağ"la daha əvvəl üz-üzə gəliblər. "Borussiya" cütün favoritidir. Nəticə 90 dəqiqənin sonunda müəyyənləşəcək".

Mənbə
oxu.az