Digər
ABŞ-dan Ərəbistana xəbərdarlıq: Təhlükə artır...
Vaşinqton Yəməndə fəaliyyət göstərən husilərin Ənsarullah hərəkatından gələn təhlükənin artması barədə Səudiyyə Ərəbistanını əvvəlcədən xəbərdar edib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, ABŞ hərbçiləri və kəşfiyyat xidmətləri bir neçə ay ərzində Ər-Riyadı husilər tərəfindən artan təhlükə barədə məlumatlandırıb. Bununla yanaşı, nəşrin məlumatına görə, Vaşinqton ABŞ-ın husilərin mövqelərinə hava zərbələri endirməyəcəyini də bildirib.
Mənbə
axar.az