Digər

Putin sürətli qələbəyə inanırdı, nəticədə də... - FA

07 Oct 2026, 08:30 3 baxış
Putin sürətli qələbəyə inanırdı, nəticədə də... - FA

Tam hərbi qələbə ideyası cəlbedici görünsə də, təhlükəli yanaşmadır. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğala başlayarkən məhz belə bir qələbəyə ümid edirdi.


Axar.az xəbər verir ki, bu barədə “Foreign Affairs” (FA) nəşri yazıb.


“Tərəflərdən birinin silahlı qüvvələri nə qədər güclü, döyüşlərin gedişi nə qədər birtərəfli olsa da, heç bir müharibə qarşı tərəfin qəbul edə biləcəyi bir təklif olmadan başa çata bilməz. Üstəlik, hətta razılaşma əldə edildikdən sonra belə, tərəflər demək olar ki, həmişə döyüşləri davam etdirə bilərlər.


Yaxın vaxtlara qədər ABŞ-ın Ukraynaya yardımı ilə bağlı müzakirələrdə ölkəyə hərbi qələbə qazanmaqda kömək etmək çağırışları geniş yayılmışdı. Lakin hazırda nə Ukraynanın, nə də Rusiyanın tam qələbə qazanacağına dair əlamətlər var.


Hərbi qələbə mifi hökumətləri müharibələrin necə başa çatacağı ilə bağlı yanlış təsəvvürlərə əsaslanaraq müharibələrə başlamağa və ya onları uzatmağa dəfələrlə sövq edib. Məsələn, Putin sürətli qələbəyə inanırdı və bunun nəticəsində iki ölkə sonu görünməyən müharibəyə cəlb olundu”, - nəşr qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər