İdman
“Sabah” Çempionlar Liqasında ilk oyununu keçirdi
“Sabah” basketbol klubu FİBA Çempionlar Liqasında mübarizəyə başlayıb.
Axar.az xəbər verir ki, Bakı təmsilçisi A qrupunda Litvanın “Ritas” (Vilnüs) komandası ilə üz-üzə gəlib.
Vilnüsdə gerçəkləşən görüş Azərbaycan təmsilçisinin 73:82 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv növbəti oyununu oktyabrın 14-də Bakıda Türkiyə "Trabzonspor"una qarşı keçirəcək.
Mənbə
axar.az