Cəmiyyət

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - Foto

06 Oct 2026, 22:20 2 baxış
Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - Foto
"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov özünə yeni müşavir təyin edib. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elgün Rəsulov sədrin müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, E.Rəsulov bundan əvvəl 2022-2026-cı illərdə "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvü və sədrinin müşaviri vəzifələrində çalışıb. 2022-ci ildə isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müşaviri olub. 2006-2022-ci illərdə isə bank sektorunda şöbə, departament müdiri və müşavir vəzifələrində fəaliyyət göstərib.
{{gallery}}
Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər