Cəmiyyət

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

06 Oct 2026, 23:39 2 baxış
Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinin dron hücumuna məruz qalması nəticəsində xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir.


Axar.az xəbər verir ki, o, 3 ildir gəmidə mühərrik ustası kimi çalışırmış.


Hazırda o, Rumıniyada gəmidə xəsarət alanlarla birlikdə müalicə alır.


Atası Azər Məmmədəliyev bildirib ki, Coşqun 2 aydır gedib.


“Hər şey normal idi, salamatçılıq idi. Rumıniyada idilər. Hadisə dünən səhər olub. Bizim məlumatımız olmayıb. Bu gün səhər xəbərimiz olub ki, gəmi vurulub. Şərait yaradıblar, özü ilə danışmışıq. Hər şey qardasındadır”, - deyə o vurğulayıb.


Daha ətraflı İTV-nin süjetində:


Mənbə axar.az

Oxşar Xəbərlər