Digər

Rusiyadan xəbərdarlıq: İrəvan bu güzəştləri itirə bilər!

06 Oct 2026, 23:28 2 baxış
Rusiyadan xəbərdarlıq: İrəvan bu güzəştləri itirə bilər!

İrəvanın Moskva ilə müttəfiqlik münasibətlərinin statusuna yenidən baxması Ermənistanın Rusiya qazının qiymətindəki güzəştləri itirməsinə səbəb ola bilər.


Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kalugin "RİA Novosti"yə müsahibəsində bildirib.


"Ermənistanla bizim ikitərəfli münasibətlərin imtiyazlı, müttəfiqlik statusunu təsbit edən geniş müqavilə-hüquq bazamız var. Əgər Ermənistan hökumətin xarici siyasətin "diversifikasiyası" çərçivəsində bu statusa yenidən baxmaq istəyirsə, bu, onların hüququdur. Lakin o zaman Moskvanın yalnız öz müttəfiqlərinə təqdim etdiyi güzəştlərdən də imtina etmək lazım gələcək. Belə güzəştlərdən biri qazın qiymətidir", - deyə Kalugin bildirib.


Diplomat vurğulayıb ki, Rusiya tərəfi Ermənistanın digər ölkələrdən qaz almasına qarşı deyil, çünki belə imkan 2013-cü il Rusiya-Ermənistan qaz sazişində nəzərdə tutulub.


"Lakin Rusiya tədarükünün alternativinin nə olduğunu başa düşmək lazımdır. Rusiyadan Ermənistana istehlak olunan qazın 85 faizədək hissəsi daxil olur - ildə təxminən 2.2-2.7 milyard kubmetr. Tədarüklər ixrac rüsumu olmadan, 1 000 kubmetr üçün 177.5 ABŞ dolları sabit qiymətlə həyata keçirilir. Həmçinin Ermənistan Rusiyadan neft məhsullarını rüsumsuz alır", - deyə departament direktoru bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər