Kriminal
Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu
Xaçmaz rayonunda iki məktəblini maşın vurub. Oxu.Az-ın məlumatına görə, hadisə bu gün Xaçmaz şəhəri ərazisində baş verib. "Opel" markalı minik avtomobili küçədə velosiped sürən 14 və 16 yaşlı iki yeniyetməni vurub. Hadisə nəticəsində xəsarət alan məktəblilər xəstəxanaya hospitalizasiya olunublar. Xəsarət alan yeniyetmələr qardaşdırlar və orta məktəbin 8 və 10-cu sinifində oxuyurlar. Hadisə nəticəsində yeniyetmələrdən birinin ayağı, digərinin isə ayağı və qolu sınıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az