İdman

Bakıdakı dünya çempionatında möhtəşəm mənzərə: Bacı-qardaş eyni vaxtda tatamiyə çıxdı - Video

05 Oct 2026, 16:34 3 baxış
Bakıdakı dünya çempionatında möhtəşəm mənzərə: Bacı-qardaş eyni vaxtda tatamiyə çıxdı - Video
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Yaponiyanın məşhur Abe bacı-qardaşlarının eyni vaxtda tatamiyə çıxması maraqlı görüntü ilə yadda qalıb. Oxu.Az xəbər verir ki, Hifumi Abe (66 kq) və bacısı Uta Abe (52 kq) yarışın ikinci günündə öz çəki dərəcələrində eyni vaxtda mübarizə aparıblar.

Hər iki cüdoçu rəqiblərinə qalib gələrək finala qədər irəliləyiblər. Beləliklə, Abe bacı-qardaşları bu gün Bakıdakı dünya çempionatında öz çəkilərində dünya çempionluğu uğrunda tatamiyə çıxacaqlar. Qeyd edək ki, Hifumi Abe ikiqat Olimpiya çempionu, Uta Abe isə Tokio Olimpiadasının qalibidir. Onlar 2021-ci ildə eyni gündə Olimpiya çempionu olan ilk bacı-qardaş kimi tarixə düşüblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər