İqtisadiyyat

Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir

05 Oct 2026, 11:24 1 baxış
Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir
Vəkillərə pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Sənədə əsasən, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkilə və ya vəkil qurumlarına müraciət zamanı ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət büdcəsi vəsaiti hesabına ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdotərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər. Pulsuz hüquqi yardım tələbinə riayət edilmədikdə vəkillər tərəfindən "pro bono" hüquqi xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 manat məbləğində ödəniş ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər