İdman

Jorji Jezuş Ronalduya barışıq təklif etdi

04 Oct 2026, 00:08 1 baxış
Jorji Jezuş Ronalduya barışıq təklif etdi
Portuqaliya millisinin baş məşqçisi Jorji Jezuş Kriştianu Ronaldu ilə görüşərək aralarındakı münaqişəyə son qoyulması ideyasını dəstəkləyib. Oxu.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası Ronaldu ilə milli komanda arasında münasibətlərin birdəfəlik və kəskin şəkildə pozulmasının qarşısını almaq üçün futbolçunun yaxın çevrəsi ilə əlaqələri davam etdirir. Federasiya 41 yaşlı hücumçu ilə görüşü neytral məkanda keçirməyi planlaşdırır. Ronaldu isə hələlik bu təklifə cavab verməyib. Daha əvvəl mediada Ronaldunun Millətlər Liqasının Norveçlə oyununa buraxılmaması ilə bağlı baş məşqçi ilə münaqişə yaşadığı barədə məlumat yayılmışdı. Bundan sonra federasiya rəhbəri təcili danışıqlar aparıb və münaqişənin aradan qaldırıldığını bildirilmişdi. Lakin Danimarka ilə oyun öncəsi mətbuat konfransında Jezuş Ronaldunun həmin qarşılaşmanı da buraxa biləcəyini istisna etməyib. Qeyd edək ki, Ronaldu milli komanda karyerası ilə bağlı iki dünya rekorduna sahibdir. O, 146 qolla yığmalar tarixinin ən məhsuldar futbolçusu və 234 oyunla milli formada ən çox matça çıxan futbolçudur.
Mənbə oxu.az

Oxşar Xəbərlər