İdman

"Qəbələ" Yaponiya millisi ilə qarşılaşdı

03 Oct 2026, 19:44 2 baxış
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşdı

“Qəbələ” milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə növbəti yoxlama oyununu keçirib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi Qəbələ şəhər stadionunda Yaponiyanın U-20 millisi ilə qarşılaşıb. Görüş Yaponiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, komanda sentyabrın 27-si “Karvan Yevlax”la üz-üzə gəlib və qosluz heç-heçəyə razılaşıb.


Xatırladaq ki, "Qəbələ" Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 10-da səfərdə "Sumqayıt" ilə qarşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər