İqtisadiyyat
Azərbaycanlı hakim Millətlər Liqasında bu oyunu idarə edəcək
Azərbaycanlı hakim Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Axar.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının Rumıniya və İsveç yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.
Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Mənbə
axar.az