Digər

Köçəryanın köməkçisi də saxlanıldı

02 Oct 2026, 15:20 2 baxış
Köçəryanın köməkçisi də saxlanıldı

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi müxalifətdəki “Ermənistan” blokunun Böyük Qarakilsədəki nümayəndəsi Artur Ohanyanı saxlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.


Qeyd edək ki, Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti və “Ermənistan” blokunun rəhbəri Robert Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib.


Ona külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər