Digər
Lukaşenkodan Ermənistana: Hara belə tələsirsən?
AB-yə üzv olmaq qərarına gəlmisənsə, hara belə tələsirsən? Əvvəlcə dəqiq müəyyənləşdir ki, konyakını, tərəvəz və meyvələrini hara satacaqlar.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın AB-yə üzv olmaq istəyini şərh edərkən deyib.
“Bu gün bizim bazarda satdığın məhsulları əvəz edə biləcəksənmi? Əgər əminsən ki, Fransa sənin konyakını alacaq (öz konyakını satmağa yeri yoxdur, amma sənin konyakını alacaqsa), onda yaxşı, get. Nə üçün belə tələsirsən? Bu gün sizin üçün faydalı olanı atmağa tələsməyə ehtiyac yoxdur. Bu ortaq bazarı (Aİİ nəzərdə tutulur - red.) tərk etməyə ehtiyac yoxdur”, - o bildirib.
Mənbə
axar.az