Digər
ABŞ bu ölkələrə əlavə “Patriot”lar göndərdi
ABŞ İrana qarşı yenidən zərbələr endirilməsi ehtimalı fonunda Səudiyyə Ərəbistanı və Qətərdəki əsas neft və qaz obyektlərini qorumaq üçün bu ölkələrə əlavə iki “Patriot” raketdən müdafiə batareyası göndərib.
Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı və Qətər enerji infrastrukturuna İranın zərbələr endirə biləcəyindən narahatdır.
Mənbə
axar.az