İdman

Mahir Emreli xalqdan üzr istədi

02 Oct 2026, 00:36 2 baxış
Mahir Emreli xalqdan üzr istədi

Komanda mental olaraq yaxşı vəziyyətdə deyil.


Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.


O, UEFA Millətlər Liqasının D divizionunun qrup mərhələsində Lixtenşteyn yığması ilə heç-heçə (0:0) etdikləri oyun barədə bunları deyib:


“Xalqımızdan üzr istəyirik. Qol epizodlarımız oldu. Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq”.


Qeyd edək ki, hazırda aktivində 2 xalı olan yığma ikinci pillədə qərarlaşıb. Rəqib isə 1 xalla sonuncu - üçüncü yerdədir.

Mənbə axar.az

Oxşar Xəbərlər