Digər
Azərbaycan ordusunda yeni mərhələ: Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir? - Video
Çexiyanın CSG şirkəti "ADEX 2026" sərgisində özüyeriyən haubitsa modelini təqdim edib. Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, "Morana" tam NATO standartlarına uyğun bir döyüş maşınıdır.
Qeyd olunub ki, 155 mm kalibrli texnikanın 42 kilometrədək məsafədə hədəfləri məhvetmə bacarığı var. Özəlliyi ondan ibarətdir ki, döyüş qülləsi ilə şəxsi heyət kapsulu bir-birindən aralı məsafədədir və bu da artıq şəxsi heyətin təhlükəsizlik məsələsini həll etmiş olur. Bu döyüş maşını 40-dək mərmi götürür və avtomatik şəkildə yüklənərək atəş aça bilir. Həmçinin digər maraqlı məqam isə ondan ibarətdir ki, CSG şirkətinin ötən gün yaydığı məlumata görə, Azərbaycan tərəfi ilə şirkət arasında bir anlaşma imzalanıb. Söhbət təkcə "Morana"dan getmir. Çexiyaya məxsus digər haubitsaların Azərbaycanda lokallaşdırılması nəzərdə tutulur və birgə şirkətuin bu ilin dekabrında yaradılması nəzərdə tutulur. İstehsalın 2027-ci ildə başlanması planlaşdırılır. Çox güman ki, bu yeni layihə, yeni təcrübə Azərbaycan ordusunun inkişafında öz töhfəsini verəcək.

Mənbə
oxu.az