Dünya

Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"

01 Oct 2026, 18:12 2 baxış
Trampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrinin endirilməsi ilə bağlı sualına Ağ Ev rəhbəri "mümkündür" cavabını verib. Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatların böyük silah ehtiyatları var və onlar bunu müttəfiqləri ilə bölüşməyə hazırdırlar. Dövlət başçısı rəsmi Tehranla sülh əldə etməyin qeyri-mümkün olduğunu söyləyib və İranı məhv etməklə hədələyib. Müsahibə zamanı jurnalist Trampa daha əvvəl də İranı məhv edə biləcəyini deməsini xatırladıb. ABŞ lideri isə bunu təsdiqləyərək, "bəli, mən bunu edərdim, bu mümkündür" söyləyib. Jurnalist daha sonra vurğulayıb ki, o, əvvəllər də oxşar təhdidlər səsləndirsə də, özünü "sülh prezidenti" adlandırıb. Tramp bu fikirlə razılaşıb. Sülh prezidentinin necə bütöv bir xalqın məhvinə çağıra biləcəyi ilə bağlı dəqiqləşdirici suala cavab olaraq ABŞ lideri bildirib: "İranı məhv etməklə ABŞ bütün dünyada sülh yaradardı. İranla heç vaxt sülh olmayacağını düşünürəm".
Mənbə oxu.az

Oxşar Xəbərlər