Kriminal

Sərhədi keçdiyi deyilən hərbçimizlə bağlı şok iddia...

01 Oct 2026, 18:16 2 baxış
Sərhədi keçdiyi deyilən hərbçimizlə bağlı şok iddia...

Erməni mediası Zəngəzurda Azərbaycan hərbçisinin saxlanılması ilə bağlı yeni iddialarla çıxış edib.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, erməni KİV hadisə nəticəsində 5 uşaq anası olan qadının yaralandığı bildirib.


Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, qadın Azərbaycan hərbçisinə bıçaqla hücum edərək xəsarət yetirib. Bundan sonra hərbçi qadına ayağından atəş açaraq hadisə yerindən uzaqlaşıb.


Sisian Tibb Mərkəzinin direktoru Anik Qriqoryan qadının müayinədən keçirildiyini və həyatı üçün təhlükə olmadığını açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər