Britaniya həbsxanalarında boş yer qalmadı: 700 məhbus...
Böyük Britaniyada həbsxanalarda yer çatışmazlığı probleminin həlli ilə bağlı hökumət planı çərçivəsində təxminən 700 məhbus vaxtından əvvəl azadlığa buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə “Telegraf” məlumat yayıb.
“Bu gün oğurluq, zorakılıq və məişət zorakılığı da daxil olmaqla müxtəlif cinayətlərə görə məhkum edilmiş 700 məhbus vaxtından əvvəl azadlığa buraxılıb. Onların hamısı həbsxanada 575 gündən az müddət keçirib və cəzalarının üçdə birini çəkdikdən sonra azad ediliblər. Böyük Britaniyanın Ədliyyə Nazirliyinin məlumatına əsasən, sentyabrın 28-nə kişi həbsxanalarında 84 953 yerlik ümumi tutumdan cəmi 1 134 boş yer olub. Növbəti 10 ay ərzində təxminən 4 500 məhbus vaxtından əvvəl azadlığa buraxılacaq. Bu qrupların hər birində daha uzunmüddətli həbs cəzası alan şəxslər də olacaq. Sonuncu qrupa 12 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər daxil ediləcək. Cümə axşamından etibarən azadlığa buraxılan bütün məhbuslar azad edildikdən sonra 48 saat ərzində elektron qolbaq taxacaqlar”, - məlumatda deyilib.