Kriminal
Hərbi-Vətənpərvərlik Klubunun qəzada sağ qalan üzvünə hökm oxundu
Şabranda "Legion" klubunun üzvlərinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən sürücünün barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, prosesdə hadisədə təqsirləndirilən sürücü Kamil Talışinskiyə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Talışinski 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum olunub. İttihama görə, hadisə Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Kamil Talışinskinin idarə etdiyi "Ford Escape" markalı avtomobil yolda ötmə əməliyyatını həyata keçirərkən idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü İlham Əliyev və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov isə vəfat edib. Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı keçmiş hərbçilər, "Legion" Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş. Onlar Nabran qəsəbəsinə istirahətə gedirlərmiş.
Mənbə
oxu.az