Cəmiyyət

Şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı - Foto

01 Oct 2026, 17:14 1 baxış
Şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı - Foto
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 338A ünvanında fəaliyyət göstərən fiziki şəxs Eltun Ceyhun oğlu Mirzəyevə məxsus "Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə istifadə olunan ətlərin müşayiətedici sənədlərinin olmadığı və istehlaka yararsız vəziyyətdə olduğu aşkarlanıb. Həmçinin digər nöqsanlar müəyyən olunub. Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka təqdim olunan ətlərdən nümunələr götürülərək müayinələrin aparılması məqsədilə laboratoriyaya təqdim olunub. Həmin məhsulların dövriyyəsi qadağan edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
{{gallery}}
Şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı - Foto Şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı - Foto Şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı - Foto Şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı - Foto Şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər