İdman
İsveç millisində şok: Futbolçular virus səbəbindən sıradan çıxdılar
UEFA Millətlər Liqası çərçivəsində Bosniya və Herseqovina ilə səfər matçına hazırlaşan İsveç millisində gözlənilməz hadisə baş verib. Oxu.Az "Aftonbladet" nəşrinə istinadən xəbər verir ki, komandanın beş futbolçusunda kəskin respirator virus infeksiyasının əlamətləri aşkar edilib. Xəstəliyə yoluxanlar arasında Yasin Ayari, Benyamin Nüqren, Qustaf Lagerbilke, eləcə də cümə axşamına keçən gecə səhhəti pisləşən Elliot Straud və Patrik Volemark var. Adı çəkilən bütün oyunçular Zenitsada baş tutacaq mühüm qarşılaşmanı buraxmaq məcburiyyətində qalıblar. Problemlər bununla bitməyib. Yüngül zədə alan "Liverpul"un hücumçusu Aleksander İsak da bu ərəfədə düşərgəni tərk edib. "Biz xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün bütün mümkün tədbirləri görürük", - deyə yığmanın həkimi Yonas Verner vəziyyəti şərh edib. Yaranmış vəziyyətlə əlaqədar olaraq, millidən əvəzedici kimi bir neçə yeni oyunçunun çağırıla biləcəyi qeyd olunub. Təqvimə əsasən, isveçlilər sabah bosniyalılarla üz-üzə gələcəklər. Oktyabrın 5-də isə İsveç yığmasını Buxarestdə Rumıniya ilə növbəti səfər matçı gözləyir. Xatırladaq ki, hazırda Millətlər Liqasının ikinci ən güclü divizionunda mübarizə aparan İsveç millisi, keçirdiyi iki oyundan sonra 4-cü qrupda liderlik edir.
Mənbə
oxu.az