Cəmiyyət

Mərkəzdəki bu yolda velosiped zolağı təşkil edildi - Foto

01 Oct 2026, 18:04 2 baxış
Mərkəzdəki bu yolda velosiped zolağı təşkil edildi - Foto

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Görülən işlər çərçivəsində Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib. Belə ki, Mirzəağa Əliyev küçəsi ilə Neftçilər prospekti aralığında olan zolaq uzadılaraq Salatın Əsgərova küçəsinə kimi davam etdirilib.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.


Məlumata görə, ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.


Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,5 km-ə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.


Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Artıq Bakı ərazisində mikromobillik vasitələri ilə edilən səfərlərin sayı yarım milyonu ötüb. Belə ki, 2026-cı ilin sentyabr ayında velosiped və skuterlər 548 000 dəfə sifariş edilib. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 264 050 nəfər, qət edilən məsafə isə 2 648 000 km təşkil edib. Mikromobillik vasitələrinin sifarişində, istifadəsində və qət edilən məsafə üzrə bu, rekord göstəricilərdir.

Mənbə axar.az

Oxşar Xəbərlər