Cəmiyyət

Mədən çökdü: Dağıntılar altında qalanlar var

01 Oct 2026, 17:04 2 baxış
Mədən çökdü: Dağıntılar altında qalanlar var

Türkiyədə Manisanın Soma bölgəsində özəl mədən çöküb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Məlumata görə, hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb.


Onlardan ikisi xilas edilib, qalan 5 mədənçi üçün xilasetmə işləri davam edir.


Qeyd edək ki, 13 may 2014-cü ildə Soma bölgəsindəki kömür mədənində baş verən yanğın nəticəsində 301 mədənçi həlak olmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər