Cəmiyyət
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub.
Axar.az Axşam.az-a istinadla xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində deyib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:
"Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində. Birinci kurs tələbəsiyəm. 2 il yarımdan sonra qayıdacağam. Ailədə bir mənim magistr təhsilim yox idi, o da oldu".
Qeyd edək ki, Eldəniz daha əvvəl Qarabağ Universitetində çalışmaq istədiyini, lakin magistr təhsili olmadığı üçün buna icazə verilmədiyini açıqlamışdı.
Mənbə
axar.az