Digər
Rusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici İşlər Nazirliyi Kişinyovda Rusiya Federasiyasının xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağırıb və bir gün ərzində üç dronun Moldova Respublikasının hava məkanını pozmasından sonra ona etiraz notası təqdim edib”, - məlumatda deyilib.
Qeyd edək ki, Rusiyaya məxsus olduğu bildirilən dronlardan ikisi Moldova ərazisində qəzaya uğrayaraq partlayıb.
Mənbə
axar.az