Digər
Matizə bu klipinə görə 3 il həbs cəzası istənildi
Məşhur türkiyəli müğənni Mabel Matiz kimi tanınan Fateh Karacanın “Ha Leylim” mahnısının klipi ilə bağlı istintaq başa çatıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, prokurorluq ittiham aktı hazırlayıb və videoda iki kişinin birlikdə rəqs etdiyi səhnəni “ədəbsizlik” ittihamı üçün əsas kimi göstərib.
Müğənniyə 6 aydan 3 ilə qədər həbs cəzası istənilib.
Qeyd edək ki, avqustun 13-ü İstanbul Baş Prokurorluğu Mabel Matizin rəqəmsal platformalarda yayımlanan “Ha Leylim” mahnısının klipi və sözləri ilə bağlı rəsmi araşdırma başlatmışdı.
Mənbə
axar.az