Cəmiyyət

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

01 Oct 2026, 16:20 1 baxış
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, 3-ü gecə 14-16, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, oktyabrın 2-si axşam və 3-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-in bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər